Warning: DOMNode::insertBefore(): Document Fragment is empty in /home/krhost/smart-it.com/intranet/wp-content/themes/intranet/functions-parts/parts/insert_block_auto_replay.php on line 64
Warning: DOMNode::insertBefore(): Document Fragment is empty in /home/krhost/smart-it.com/intranet/wp-content/themes/intranet/functions-parts/parts/insert_block_auto_replay.php on line 64
Warning: DOMNode::insertBefore(): Document Fragment is empty in /home/krhost/smart-it.com/intranet/wp-content/themes/intranet/functions-parts/parts/insert_block_auto_replay.php on line 64
Warning: DOMNode::insertBefore(): Document Fragment is empty in /home/krhost/smart-it.com/intranet/wp-content/themes/intranet/functions-parts/parts/insert_block_auto_replay.php on line 64
Warning: DOMNode::insertBefore(): Document Fragment is empty in /home/krhost/smart-it.com/intranet/wp-content/themes/intranet/functions-parts/parts/insert_block_auto_replay.php on line 64
Müştərilər artıq hər şeyi özləri etmək vərdişinə malikdirlər — məhsulları onlayn sifariş etmək, çatdırılmanı mobil tətbiqdə izləmək və fakturaları bir neçə kliklə ödəmək. Microsoft-un tədqiqatlarına görə, müştərilərin 90%-i əsas istifadəçi suallarının həlli üçün şirkətin onlara özünəxidmət portalı təqdim etməsini gözləyir. Eyni zamanda, sorğu göndərdikdən sonra 72% istifadəçi problemin otuz dəqiqə və ya daha az müddət ərzində həll olunmasını gözləyir.
Buna görə də, müştəri özünəxidmət alətləri müasir müştəri təcrübəsinin ayrılmaz hissəsinə çevrilib. Özünəxidmət müştərilərə tez-tez verilən suallara cavab tapmağa, öz müraciətlərini idarə etməyə və dəstək xidməti ilə əlaqə saxlamadan lazım olan xidmətləri əldə etməyə imkan verir. Beləliklə, şirkət öz istifadəçilərinə şəffaflıq, rahatlıq və sürətli xidmət təmin edir.
Müştəri özünəxidmət portalı nədir: əsas kanallar
Customer Self-Service (CSS) — müştərilərə öz sorğularını həll etməyə və ya lazım olan məlumatı müstəqil şəkildə əldə etməyə imkan verən rəqəmsal yanaşmadır. Bunun üçün şirkətlər adətən CRM sistemi ilə inteqrasiya olunmuş çoxsəviyyəli özünə xidmət kanalları sistemi yaradır. Bu sistem, öz növbəsində, özünəxidmət portalından tutmuş çatbotlara və mobil tətbiqlərə qədər müştəri ilə bütün qarşılıqlı əlaqə nöqtələrini birləşdirir.
Belə inteqrasiya sayəsində şirkət istifadəçinin fəaliyyətinin tam mənzərəsini əldə edir: hansı sorğuları verdiyi, hansı məqalələri oxuduğu, bilik bazasına baxdıqdan sonra sorğu yaradıb-yaratmadığı və s. Bu isə aşağıdakıları etməyə imkan verir: müştərinin qarşılıqlı əlaqələri avtomatik olaraq CRM-də qeyd olunsun; sorğuların təkrarlanma faizi azaldılsın; çətin müraciətlər daha sürətlə dəstək agentlərinə ötürülsün və ən önəmlisi — fasiləsiz və ardıcıl müştəri təcrübəsi təmin edilsin.
Müştəri özünəxidmət portalının əsas kanalları:
- Süni intellekt (AI) agentləri: AI agentləri — real vaxt rejimində dəstək funksiyalarını yerinə yetirən, süni intellekt və maşın öyrənməsi əsasında işləyən ağıllı sistemlərdir. Onlar müraciətin kontekstini təhlil edə, bilik bazasından cavablar seçə, sorğu yarada və hətta müştəri əvəzinə əməliyyatlar apara bilirlər (məsələn, sifarişi dəyişmək və ya statusu yoxlamaq).
- Süni intellekt köməkçiləri: Copilot, ChatGPT assistentləri və ya CRM sistemlərinə inteqrasiya olunmuş köməkçilər müştərilərə naviqasiya üzrə yardım göstərir — lazım olan məlumatı harada tapmağı göstərir və ya sadə cavablar formalaşdırır. Onlar xüsusilə bilik bazaları və portallarla birlikdə effektivdir, çünki məzmunu “oxumağı” və sadə dildə izah edə bilirlər.
- Çatbotlar: Klassik və kifayət qədər populyar alət. Çatbotlar 24/7 rejimində sürətli qarşılıqlı əlaqə təmin edir — messencerlərdə, saytlarda və mobil tətbiqlərdə. Müasir botlar yalnız suallara cavab verməklə kifayətlənmir, həm də əməliyyatlar yerinə yetirə bilər — bron etmək, müraciətləri qeydiyyatdan keçirmək, istifadəçi məlumatlarını yeniləmək və s.
- Müştəri özünəxidmət portalı: Özünəxidmət portalı müştərinin “şəxsi kabinetidir”. Burada o, sifarişlərin statusunu yoxlaya, məlumatları yeniləyə, fakturaları görə, sorğu göndərə və cavabları tapa bilər. Portalın üstünlüyü CRM və dəstək sistemi ilə inteqrasiyadır: müştərinin bütün əməliyyatları avtomatik sistemdə qeyd olunur, bu da analitikaya və xidmət təcrübəsinə müsbət təsir göstərir.
- Help Desk: Help Desk — müraciətlərin idarə olunduğu mərkəzdir, burada bilik bazası, sorğu sistemi və kommunikasiya kanalları birləşdirilir. Əgər müştəri kömək tələb edirsə, help desk onun müraciətini müvafiq agentə yönləndirir. Bu, tam avtomatlaşdırma ilə insan dəstəyi arasında körpü rolunu oynayır.
- Bilik bazası: Özünəxidmət-in ən effektiv formalarından biridir: strukturlu məqalələr, bələdçilər, təlimatlar və cavablar kataloqu. Yaxşı hazırlanmış bilik bazası dəstək xidməti müraciətlərinin sayını 40%-ə qədər azalda və müştəri etibarını artıra bilər.
- İcma Forumu (Community Forum): Forum və ya istifadəçi “mərkəzi”(hub) — müştərilərin təcrübələrini paylaşa, digər suallara cavab verə və məsləhət ala biləcəyi platformadır. Belə icmalar müştərilərdə birliyə aidlik hissi yaradır və brendə olan loyallığı gücləndirir.
- FAQ səhifəsi: Qısa sual-cavab formatıdır və özünəxidmət-in ən sadə formasını təşkil edir. Effektiv FAQ səhifəsi dəstək xidmətinə daxil olan tipik sorğuların analizinə əsaslanır və təkrar müraciətlərin sayını azaltmaq üçün mütəmadi olaraq yenilənir.
- IVR (Interactive Voice Response) texnologiyası: IVR sistemləri telefon müraciətlərini avtomatlaşdırır: müştəri səsli menyu ilə qarşılıqlı əlaqədə olur, cavablar alır və ya əməliyyatları operatorun iştirakı olmadan həyata keçirir. Müasir IVR sistemləri artıq nitqin tanınmasını və CRM inteqrasiyasını istifadə edirək “səsli agentlər”ə çevrilir.
- Mobil tətbiqlər: Mobil tətbiqlər bank əməliyyatlarından tutmuş çatdırılma sifarişlərinə və ya xidmətlərin idarə edilməsinə qədər adətən özünəxidmətin əsas kanalı olur. Tətbiqə push-bildirişlərin, çatbotların və bilik bazalarının inteqrasiyası müştərilərə bütün məsələləri şirkətin ekosistemindən çıxmadan həll etməyə imkan verir.
Müştəri özünəxidmət strategiyasını tətbiq etmək və ya təkmilləşdirmək üçün ən yaxşı təcrübələr
Ən rahat özünəxidmət portalı belə istifadəçi gözləntilərinə cavab vermirsə və ya ümumi dəstək sistemi ilə inteqrasiya olunmayıbsa, gözlənilən nəticəni verməyəcək. Buna görə də effektiv müştəri özünəxidmət strategiyasının yaradılması şirkətin müştəri təcrübəsinə yanaşmasının kompleks transformasiyası olmalıdır.
Əlbəttə, ideal müştəri özünəxidmətini yaratmaq üçün universal strategiya yoxdur — hər bir şirkət müştəri ilə münasibət formatını öz standartlarına uyğunlaşdırır. Lakin bir neçə sınaqdan çıxmış təcrübə var ki, onlar müştəri özünəxidmət strategiyanız üçün faydalı olacaq:
- Müştərilərin ehtiyaclarını anlayaraq başlayın: Portalın və ya bilik bazasının hazırlanmasından əvvəl müştərilərin tipik müraciətləri, problemləri və davranış nümunələri üzrə analiz aparmaq vacibdir. Müştərilər ən çox hansı sualları verirlər? Hansı mərhələdə kömək istəyirlər? Bu, real istifadə ssenarilərinə yönəlmiş uyğun məzmun və naviqasiya loqikasını yaratmağa imkan verir.
- Özünəxidmət portalını ümumi dəstək sistemi ilə inteqrasiya edin: Özünəxidmət portalı ayrıca mövcud olmamalıdır. Ən yaxşı yanaşma CRM, help desk və analitika ilə tam inteqrasiyadır. Bu, müştərinin fəaliyyətini qeyd etməyə, portalın effektivliyini izləməyə və lazım olduqda sorğunu konteksti itirmədən agentə ötürməyə imkan verir.
- Rahat naviqasiya və intuitiv UX təmin edin: Müştəri lazım olan funksiyanı axtarmağa vaxt itirməməlidir. Aydın kateqoriyalardan, sadə dildən, adaptiv dizayndan və başa düşülən axtarışdan istifadə edin. İpucu, filtr, tövsiyə edilən məqalələr kimi müştərinin 2-3 klikdə həll tapmasına kömək edən hər şey əlavə edin.
- Keyfiyyətli, strukturlaşdırılmış məzmun yaradın: Bilik bazası istənilən özünəxidmət portalının uğurunun açarıdır. Məlumatın aktual, aydın və vizual dəstəklənmiş olması vacibdir (skrinlər, təlimatlar, videolar).
- Daimi təkmilləşdirmə üçün analitikadan istifadə edin: Hansı məqalələrin daha çox oxunduğunu, hansı mərhələdə istifadəçilərin hələ də agentlərə müraciət etdiyini və hansı sorğuların cavabsız qaldığını izləyin. Bu məlumatlar məzmunu və UX-i auditoriyanın real ehtiyaclarına uyğun yeniləməyə kömək edir.
- Şəxsi fərdiləşdirmə elementləri əlavə edin: Fərdi tövsiyələr, dinamik məzmun və süni intellekt məsləhətləri özünəxidmət portalını daha effektiv edir. Müştəri yalnız öz məhsulları və ya müraciət tarixçəsi ilə əlaqəli məqalələri və seçimləri gördükdə etibarı artır və dəstək xidməti ilə əlaqəyə ehtiyacı azalır.
- Omnikanal yanaşmanı dəstəkləyin: Müştərilər portal, mobil tətbiq və ya çatbot vasitəsilə müraciət etmələrindən asılı olmayaraq gözləyirlər ki, təcrübə keyfiyyəti eyni olsun. Buna görə özünəxdimət strategiyası geniş kommunikasiya sisteminin bir hissəsi olmalıdır və hər kanal digəri ilə dəstəklənməlidir.
- Özünəxidmət portalını müştərilər arasında təşviq edin: Sistem müştərilər tərəfindən tanınmasa, effektiv olmayacaq. Portal linkini elektron poçt imzalarında, messencerlərdə və əlaqə səhifələrində yerləşdirin. İstifadəçilərə cavabları müstəqil şəkildə tez bir zamanda necə tapmağı öyrədin.
- Sorğuların avtomatlaşdırılması və proqnozlaşdırılması üçün süni intellektdən istifadə edin: Süni intellekt avtomatik həllər təklif edə, cavablar yarada və ya müraciət tendensiyalarını təhlil edə bilər. Bu, yalnız müştərilərin vaxtına qənaət etmir, həm də potensial problemləri sorğuya çevrilməmiş əvvəl aşkar etməyə kömək edir.
- Müştəri baxış bucağından təcrübəni yoxlayın: Portalı müntəzəm olaraq yeni istifadəçi kimi test edin. Bu, görünməyən maneələri (məsələn, mürəkkəb ifadələri) görməyə kömək edir. Müştəri təcrübəsi kiçik detallardan formalaşır və məhz onlar müəyyən edir ki, istifadəçi sizin xidmətinizə yenidən qayıdacaqmı.
Müştəri özünəxidmətin avtomatlaşdırılması: Customer Self-Service Portal
Müasir özünəxidmət portalları tam rəqəmsal platforma kimi fəaliyyət göstərir və CRM ilə inteqrasiya olunmuşdur. Müştəri özünəxidmət portalları effektivdir, əgər: istifadəçi sualları təkrarlanan və standartdır (məsələn, “çatdırılma ünvanını necə dəyişmək olar”, “sifariş tarixçəsini necə görmək olar”); müştəri müstəqillik istəyir; şirkət xidmətini agentlərin sayını proporsional artırmadan miqyaslandırmaq və dəstək xidmətinə düşən yüklənməni azaltmaq istəyir.
Müştəri özünəxidmət portalının funksional imkanları: SmartPoint Intranet nümunəsi
SMART business şirkəti artıq 16 ildən çoxdur ki, şirkətlərə Microsoft texnologiyaları əsasında fərdi özünəxidmət portallar yaratmağa kömək edir. SmartPoint Intranet — Microsoft Dynamics 365 əsasında qurulmuş çevik həlldir və müştərilər üçün özünəxidmət portalı yaratmaq üçün platforma rolunu oynaya bilər. Arxitekturası sayəsində SmartPoint Intranet CRM sistemləri ilə, məsələn, Microsoft Dynamics 365 Customer Service, bilik bazaları, çatbotlar və digər dəstək kanalları ilə asanlıqla inteqrasiya olunur. Beləliklə, həll müştəri üçün rahat, mərkəzləşdirilmiş rəqəmsal məkan yaradır.
SmartPoint müştəri özünəxidmət həlli olaraq aşağıdakı əsas funksionallığı təklif edir:
- Bilik bazasına və təlim materiallarına çıxış: Sistemin istifadəçiləri məqalələr, təlimatlar, video təlimatlar və tövsiyələrə baxa bilər, bu da dəstək xidməti ilə əlaqə saxlamadan tipik problemləri həll etməyə kömək edir.
- Müraciətlərin (sorğuların) yaradılması və izlənməsi: Əgər müştəri cavabı müstəqil şəkildə tapa bilmirsə, sorğunu birbaşa portaldan yarada bilər. Bütün müraciətlər avtomatik olaraq CRM-ə daxil olur ki, bu da həm müştəri, həm də agent üçün şəffaflıq və rahatlıq təmin edir.
- Fərdiləşdirilmiş istifadəçi kabineti: Hər bir müştəri yalnız ona aid olan məlumatları görür: öz sifarişləri, statuslar, müraciət tarixçəsi, sənədlər və ya fakturalar. Bu, brendlə qarşılıqlı əlaqədə etibar və rahatlıq səviyyəsini artırır.
- Çatbotlar və süni intellekt köməkçiləri ilə inteqrasiya: Süni intellekt müştəriyə lazım olan məqaləni göstərə və ya əsas əməliyyatı yerinə yetirə bilər (məsələn, ünvanı dəyişmək və ya balansı yoxlamaq). Bunun sayəsində portal statik məlumat bazası deyil, dinamik və “ağıllı” alətə çevrilir.
- Müştəri davranışının analitikası: Sistem ən çox baxılan səhifələri, cavabsız qalan sorğuları və istifadəçilərin portalı tərk etdiyi yerləri qeydə alır. Bu məlumatlar UX və məzmunu daimi təkmilləşdirməyə kömək edir.
- Omnikanal qarşılıqlı əlaqə: Müştəri portalda qarşılıqlı əlaqəni başlayıb, çat və ya telefonla davam etdirə bilər, və bütün məlumatlar vahid CRM-də sinxron saxlanılır. Bu, kanalından asılı olmayaraq fasiləsiz xidmət təmin edir.
- Avtomatik bildirişlər və status yeniləmələri: Müştərilər müraciət və ya sifarişlərdə baş verən dəyişikliklər barədə real vaxt rejimində Outlook, Teams və ya şəxsi kabinet vasitəsilə bildirişlər alır.
- Xüsusi ssenarilər üçün özünəxidmət modulları: Portal biznes ehtiyaclarına uyğun şəkildə genişləndirilə bilər: məsələn, zəmanətlərin idarə edilməsi, məhsulun geri qaytarılması üçün müraciətin edilməsi, hesab-fakturaların ödənilməsi və ya xidmətlərin sifariş edilməsi.
Əgər siz avtomatlaşdırılmış müştəri özünəxidməti tətbiq etmək istəyirsinizsə konsultasiya üçün sorğu göndərin, SMART business mütəxəssisləri sizin üçün uyğun olan həlli məmnuniyyətlə tövsiyə edəcəklər.
Tez-tez verilən suallar
Müştəri özünəxidmət strategiyasının uğurunu necə ölçmək olar?
Özünəxidmətin effektivliyini bir neçə əsas metriklərlə qiymətləndirmək mümkündür:
- Rate of Containment (sorğuların həll olunma səviyyəsi): müştərilərin agent iştirak etmədən həll etdiyi müraciətlərin payı.
- CSAT (Customer Satisfaction Score): istifadəçi məmnuniyyət səviyyəsi (məsələn, portal ilə əlaqədən sonra).
- Deflection Rate: özünəxidmət sayəsində dəstək xidmətinə daxil olmayan sorğuların sayı.
- Average Resolution Time: müştərinin lazım olan cavabı tapmaq üçün istifadə etdiyi orta vaxt.
Əgər dəstək xidmətinə müraciətlərin sayı azalır və istifadəçi məmnuniyyəti artırsa — strategiya uğurludur.
Müştəri özünəxidmət portalını digər şirkət sistemləri ilə inteqrasiya etmək lazımdırmı və hansı sistemlərlə?
Bəli, inteqrasiya effektivliyin açarıdır. Müştəri özünəxidməti portalı vahid rəqəmsal ekosistemin bir hissəsi olmalıdır. Ən çox inteqrasiya olunan sistemlər:
- CRM sistemi (məsələn, Dynamics 365 Customer Service) — müştəri tarixçəsi və analitika üçün;
- ERP — sifarişlər, fakturalar və məhsul qalıqları barədə aktual məlumatlar üçün;
- Süni intellekt çatbotlar — standart cavabların avtomatlaşdırılması üçün;
- Analitika sistemi (Power BI, Tableau) — KPI-ları izləmək və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün.
İnteqrasiya vahid məlumat mənbəyini (single source of truth) və fasiləsiz müştəri təcrübəsini təmin edir.
Müştəri özünə xidmət portalında bilik bazası nə qədər tez-tez yenilənməlidir?
Optimal olaraq — ən azı hər rüb bir dəfə və ya məhsul, tariflər və ya şirkət siyasətində hər dəyişiklikdən sonra. Mütəmadi yenilənmə məzmunun aktual olmasını təmin edir və dəstək xidmətinə təkrar müraciətlərin sayını azaldır.
Özünəxidmət portalı dəstək agentlərinin işini tam əvəz edə bilərmi?
Xeyr, lakin onların yüklənməsini əhəmiyyətli dərəcədə azalda bilər. Özünəxidmət portalı standart və təkrarlanan sorğuları öz üzərinə götürür, agentlər isə mürəkkəb, fərdi hallara diqqət yetirir, burada insan müdaxiləsi tələb olunur.